Şəmkir rayon Mərkəzi kitabxanası

Şəmkir rayon MKS
Tədbirlər
8 Noyabr , 2017
8 noyabr 2017-ci il tarixdə Şəmkir rayon Mərkəzi kitabxanasının Uşaq şöbəsi Nizami Gəncəvi adına şəhər tam orta məktəbin V sinif şagirdləri ilə birgə 9 noyabr Dövlət Bayrağı Günü ilə əlaqədar “Bayrağımız millətin azadlıq rəmzi,Vətənimizin simvoludur” başlığı altında söhbət keçirilmişdir.Kitabxanaçı N.Budaqova mövzu haqqında ətraflı məlumat verərək bildirdi ki, milli bayrağımızın ilk dəfə 1918-ci il noyabrın 9-da Bakıda, Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının yerləşdiyi binada qəbul edilmişdir. Azərbaycan prezidenti İlham Əliyevin 2009-cu il noyabrın 18-də imzaladığı sərəncamla 9 noyabr tarixi Dövlət Bayrağı Günü kimi qeyd olunur. 
Məktəblilər- Əliyev Samir,Əliyeva Fəxriyyə, Kazımova Həmidə bayrağa aid şeirlər söylədilər.
Foto Qalereya