Şəmkir rayon Mərkəzi kitabxanası

Şəmkir rayon MKS
Tədbirlər
30 Dekabr , 2016
30.12.2016-cı il tarixdə Şəmkir rayon MKS-nin 41 saylı kitabxana filialında körpələr evi və uşaq bağçası,məktəblilər və digər oxucu qrupları ilə birgə Dünya Azərbaycanlılarının Həmrəylik Günü və qarşıdan gələn Yeni il münasibətilə “Qədəmlərin mübarək - yeni il” adlı bayram tədbiri keçirildi. Tədbiri kitabxana filialının müdiri Kifayət Quliyeva açaraq tədbir iştirakçılarını və körpə fidanları yeni il münasibətilə təbrik etdi. Qarşıdan gələn yeni ildə aydın səma, firavan həyat, atalı analı qayğısız, mənalı günlər arzuladı. 
   Sonra məktıblilər, körpə balalar qışa, qara, şaxta babaya, qarşıdan gələn xoruz ilinə aid şeirlər, tapmacalar söylədilər.Şaxta baba və Qar qız körpələrlə birgə şam ağaçı ətrafında rəqs edərək uşaqlara xoş anlar bəxş etdilər. Şaxta baba və Qar qız körpələrə yeni ildə alınmış torpaqlarımızın qaytarılmasını və Şuşada yeni ili qarşılamağı arzuladı.
   Qarşıdan gələn Yeni iliniz mübarək!
Foto Qalereya